Seyid Abbas Əraqçı X sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb: “İranda heç bir terrorçu toxunulmazlığa malik deyil, hətta Almaniya tərəfindən dəstəklənsə belə. İran vətəndaşı Cəmşid Şarməhd açıq və həyasızcasına bir məsciddə (hüseyniyyə) terror aktına rəhbərlik etmişdir ki, bu hadisə aralarında qadın və uşaqların da olduğu 14 günahsız insanın ölümünə səbəb olmuşdur. Bu terror aktı nəticəsində 200-dən çox insan da yaralandı. Kifayət qədər sübut mövcuddur və hər kəsin nəzərdən keçirməsi üçün əlçatandır.”
Xarici İşlər naziri bildirib: “Alman pasportu heç kimə toxunulmazlıq vermir, nəinki terrorçu cinayətkar. Riyakarlıq etməyi və psixoloji oyunlar oynamağı dayandırın Analena Berbuk. Uşaq qatillərini və terrorçuları dəstəkləməkdən əl çəkin, özünüzü riyakar insan haqları şüarları arxasında gizlətməyin. Biz alman vətəndaşlarının Səddam rejiminə verdiyi kimyəvi silahları unutmamışıq.”
Əraqçi əlavə edib: “Sizin hökumətiniz İsrailin davam edən soyqırımında şərikdir. Almaniya Qəzzədəki soyqırım və Livandakı qətllərə görə İsrailə öldürücü silahların ikinci tədarükçüsüdür. Ətrafınıza baxın, insan haqları ilə bağlı təkəbbürlü iddialarınıza hətta öz adamlarınız da istehza ilə yanaşırlar.”
Sizin rəyiniz